Şuşanı unutmayaq
Şuşanın işğalının 26-cı il dönümü ilə əlaqədar məktəbimizin foyesində anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başladı. Məktəbimizin direktoru Şəhanə xanım Əhmədova tədbirin məqsədilə şagirdləri məlumatlandırdı. Məktəbin tarix müəllimi Rəhman müəllim Şuşanın tarixi, onun işğal olunması haqqında şagirdlərə geniş nitq söylədi. Tədbir slaydların nümayişi ilə başa çatdı.