“Şuşasız 26 il” adlı nümunəvi dərs
Təsviri incəsənət müəllimi Nurəddin Dadaşovun rəhbərliyi ilə 6-cı sinifdə Şuşanın işğalının 26-cı ildönümü ilə əlaqədar olaraq “Şuşasız 26 il” adlı nümunəvi dərs keçirildi. Şagirdlər çəkdikləri rəsmlərdə Azərbaycanın incisi sayılan Şuşanı və onun simvolu olan xarı bülbülü canlandırdılar. Onlar Şuşanı hər zaman xatırladıqlarını və yaxın zamanda bu rəsmləri canlı olaraq həmin yerlərdə çəkməyi arzuladılar.