" Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası" nın final turuna keçmiş şagirdlərimiz mükafatlandırıldı
14 aprel 2018-ci il tarixində məktəbimizdə məntiqi təfəkkür, məntiqi çalışma və tapşırıqları həll etmə vərdişlərinin şagirdlərdə inkişaf etdirilməsi məqsədilə V və VI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş "Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası" nın ilk turunun qalibləri müəyyənləşdirildi. Məktəbimizin 6 A sinif şagirdləri Zülfüqarova Nigar və Xalıqov Murad finala vəsiqə qazandılar. Onlar direktorumuz Şəhanə xanım Əhmədova tərəfindən “Tərifnamə” ilə mükafatlandırıldılar. Rəhbərliyimiz şagirdlərə finalda da eyni nəticəni göstərməyi arzuladı.