7 B sinfində “Ağqoyunlu dövlətinin xarici siyasəti” adlı açıq dərs keçirildi
Məktəbimizin 7 B sinif şagirdləri tarix müəllimi Aygün Babayevanın rəhbərliyi ilə təşkil olunmuş açıq dərsdə iştirak etdilər. Dərsin mövzusu “Ağqoyunlu dövlətinin xarici siyasəti” idi. Açıq dərs şərqin ilk diplomatik qadını olan Sara xatunun Osmanlı imperatoru II Mehmedlə apardığı diplomatik danışıqları özündə əks etdirən kiçik səhnəciklə başladı. Daha sonra şagirdlər Ağqoyunlu dövlətinin Azərbaycan xalqının təşəkkülündə mühüm rolundan, dövlətçilik tarixindəki əhəmiyyətindən danışdılar. Dərs uğurla yekunlaşdı. Dərsi dinləyən müəllim kollektivi razı qaldı.