Məktəbimizdə “Açıq dərslər” təşkil olunur
Məktəbimizin tarix müəllimi Vəliyeva Xurşudun təşkilatçılığı ilə 6 C sinfində “Yunan şəhər –dövlətlərinin tənəzzülü. Makedoniya dövlətinin güclənməsi ” mövzusunda açıq dərs keçirildi. Şagirdlər dərsdə yüksək aktivlik göstərərək yunan şəhər-dövlətlərinin yüksəlişini, mədəniyyətini və həmçinin tənəzzülünü geniş müzakirə etdilər. Onlar Makedoniyalı İsgəndərin tarixdə oynadığı rolu müəyyənləşdirdilər. Şagirdlər yunan mədəniyyətinin şərq dövlətlərinin mədəniyyətinə verdiyi töhfələrdən də danışdılar. Şagirdlər və açıq dərsdə iştirak edən müəllimlər təşkilatçılıqdan razı qaldılar.