Mütaliəni sevək

             “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinin II bəndinə əsasən “Oxu günü” çərçivəsində məktəbimizin kitabxanasında “Mütaliəni sevək” adlı tədbir təşkil olunmuşdur. Beşinci və altıncı sinif şagirdləri ilə birlikdə təşkil olunmuş tədbirdə tədris proqramına əsasən Kitabi-Dədə Qorquddan “Basatın Təpəgözü öldürdüyü” boyu və xarici ədəbiyyatın nümayəndəsi olan Mark Tvenin “Tom Soyyerin macəraları” əsərinin qarşılıqlı müzakirəsi keçirildi. Tədbirdə məqsəd şagirdləri mütaliəyə cəlb etmək, onlarda kitaba marağı artırmaqdır. Şagirdlər müzakirə nəticəsində öyrəndiklərini bir daha təkmilləşdirdilər və təşkil olunmuş tədbirdən razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi