Aprel şəhidlərini unutmayaq!

"2016-cı il aprel ayında demək olar ki, hər kəsin müzakirə nöqtəsi, narahatçılığı, qürur yeri, kədəri, sevinci cəbhədəki vəziyyətlə bağlı oldu. Hamının aparıcı mövzusu, müzakirə yeri aprel ayında bir neçə gün ərzində qazanılan qalibiyyət oldu. Bəzilərinə görə, yarımçıq kəsilən münaqişə, bəzilərinə görə isə daha düzgün seçilən bir yol. Fikirlər müxtəlif olduğu kimi, təkliflər və arzular da müxtəlif oldu. Gün keçdikcə bu təkliflər, düşüncələr dəyişir və dəyişəcək. Dəyişməyən yeganə reallıq torpağımız və şəhidlərimizdir. Onlar bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də qalibiyyətimizdir. “Vətən sağ olsun”, deyib balasını torpağa əmanət edən, övladının tabutu üzərindəki bayrağı qoxlayıb sanki iyini ondan alan analar, atalar, sevgiləri nakam qalıb qəbri üzərinə oxuyacaqmış kimi qoyulan məktublar, ömürlərinin sonuna kimi ondan yadigar qalan övladları ilə təsəlli tapacaq şəhid xanımları... və onların arxasında dayanan “şəhidimiz ölmədi, biz hamımız övladınızıq” - deyən Azərbaycan xalqı...        

Məktəbimizdə də Aprel şəhidləri böyük  fəxarət və hüznlə anıldı. Şagirdlərimiz onlara təqdim edilən məlumat və video nümayişləri  maraqla qarşıladılar. Məktəbimizdə təhsil alan şagirdlər arasında Aprel döyüşlərində şəhid olan qəhrəmanlardan bir neçəsinin  yaxınları da vardır. Tədbirdə şəhid olanların doğmaları da iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi