Yel çərşənbəniz mübarək!
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
İnama görə Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Bu gün məktəbimizdə Yel çərşənbəsi ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Novruz bayramının adət-ənənələrini özündə əks etdirmək məqsədilə xonça bəzədildi, şagirdlərə bayram əhval-ruhiyyəsi aşılandı. Novruz tonqalı yandırıldı, xoş diləklər arzulandı.