8 MART " BEYNƏLXALQ QADINLAR GÜNÜ "
7 mart 2018 –ci il tarixində məktəbimizdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri təşkil edildi. Tədbirdə məktəbin qadın kollektivi iştirak etdi. Müəllimlər üçün hazırlanan videoçarx onlara əsl sürpriz oldu.
Məhəmməd Peyğəmbər Cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır. 2 A sinif şagirdlərinın öz anaları üçün hazırladıqları hədiyyələr maraqla qarşılandı.
Şagirdlər "Beynəlxalq Qadınlar Günü" ilə bağlı məlumat verərək bildirdilər ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagen sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.
Bu tədbirin keçirilməsində məqsəd xanımların cəmiyyətin həyatındakı əvəzedilməz rola malik olduğunu bir daha göstərməkdir.