"Xocalı harayı" adlı ədəbi bədii gecə keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 fevral 2018-ci il tarixli F55 №-li əmri ilə təsdiq edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən məktəbimizdə “Xocalı-harayı” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycanın himnini oxumaqla başlandı. Tədbiri açıq elan edən rəhbərliyimiz Xocalını heç vaxt unutmamağa çağırdı. Tədbirdə iştirak edən qonaqlar şagirdlərin ürəkdən gələn alovlu çıxışlarını gördükcə qürur hissi keçirdiklərini söylədilər. Bizim hamımızın bir məqsədimiz var – Azərbaycanın dostunu, düşmənini unutmamaq.