“XOCALI - ƏSRİN SON MÜSƏLMAN SOYQIRIMI” adlı dəyirmi masa.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən bütün məktəblərdə bu soyqırıma həsr edilən silsilə dərslər keçirilir. Bu məqsədlə məktəbimizdə “Dəyirmi masa” keçirildi. 8-ci sinif şagirdləri faciənin məqsədini,səbəblərini və nəticələrini araşdırdılar. Rus və erməni qatillərinin xalqımızın başına gətirdikləri müsibətin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur.