XOCALI SOYQIRIMI – XX ƏSRİN FACİƏSİ
Məktəbimizdə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı silsilə tədbirlərimiz davam edir. 26 fevral 2018-ci il tarixində səhər saatlarında şagirdlərimiz. Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər. Matəm günü ilə bağlı şagirdlərimiz çıxış edərək xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verdilər. Məqsədimiz şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdir.