“Xocalı faciəsi – qan yaddaşımızdır” adlı rəsm müsabiqəsi

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın birgə iştirakı ilə həyata keçirilən bu soyqırımının statistikası yüzlərlə uşağı da əhatə edir. Elə bu məqsədlə də Xətai rayon Gənclər və İdman İdarəsi Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda  rəsm  müsabiqəsi keçirmişdir. Müsabiqədə məktəbimizin şagirdləri də iştirak etmişdilər.İştirakçılardan 7 B sinif şagirdi Quliyeva Aytənin çəkdiyi rəsm fərqlənmə diplomuna layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi