Ana dilimiz qürur mənbəyidir

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. 

Məktəbimizdə “Ana dili” aylığı çərçivəsində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş şeir müsabiqəsi təşkil olunmuşdur. Müsabiqə zamanı şagirdlər dilimizin gözəlliyini, ahəngdarlığını, şirinliyini tərənnüm edən şeirlər səsləndirmişlər. Münsiflər heyəti fərqlənən şagirdlərin çıxışını qiymətləndirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi