“Dərsimi yaz” hekayəsinin müzakirəsi keçirildi

    08.02.2018-ci il tarixində məktəbimizdə görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında mühüm rolu olan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı ilə əlaqədar 6a sinfində şairin “Dərsimi yaz” hekayəsinin müzakirəsi keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cabbarova Elmiranın verdiyi suallar əsasında şagirdlər arasında diskussiya təşkil olundu. Şagirdlər Mir Cəlal Paşayevin həyat və yaradıcılığı ilə bağlı sualları həvəslə cavablandırdılar. Tədbirdə məktəbin kitabxana müdiri Əliyeva Vüsalə də iştirak edirdi. Ə.Vüsalə Mir Cəlal haqqında şagirdləri geniş şəkildə məlumatlandırdı. O, qeyd etdi ki, illər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəri insanlığı heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə heykəl qurur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi