QANLI 20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLDİ

19. 01.2018-ci il tarixdə Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə "Milli qəhrəmanlarımız and yerimizdir" mövzusunda  “Dəyirmi masa” keçirildi. Dəyirmi masada VIII sinif şagirdləri çıxış etdilər. Faciəni törədən şəxslərin məqsədləri və nəticələri şagirdlər tərəfindən müzakirə olundu. 20 Yanvar gecəsinin şahidi olaraq məktəbimizin tarix müəllimi Rəhman Məmmədov çıxış etdi. Həmin gecənin vəhşiliyindən, erməni faşistlərinin qətliamından söhbət açıldı.

    Tarixin bu günü azərbaycanlılar üçün mənəvi qürur, azadlığa gedən yolun başlanğıcıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi