RİYAZİYYAT BÜTÜN ELMLƏRİN AÇARIDIR
13.12.2017-ci il tarixdə məktəbimizin 6a və 6b sinif şagirdlərinin iştiraki ilə riyaziyyat gecəsi keçirilmişdir. Bu tədbirin keçirilməsində məqsəd şagirdlərin riyaziyyat haqqında biliklərini, dünyagörüşlərini, bacarıqlarını artırmaq idi. Şagirdlərin hazırladıqları hər bir səhnəcik müəyyən bir mövzu ilə əlaqələndirmişdir. Şagirdlər arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə “güc birlikdədir” atalar məsəlinə uyğun səhnəciklər rəqəmlərin mübahisəsi əsasında qurulmuşdur. Səhnəciklərdə riyaziyyatın əsas hissəsi olan həndəsi fiqurların mübahisəsi, milli musiqimiz, ədəbiyyatımız, milli folklorumuzla əlaqəsi öz əksini tapmışdır.