Valideynlərimiz üçün “Açıq qapı günü” təşkil olundu
Valideyn məsuliyyətinin artırılması, təhsil prosesinə valideynlərin cəlb edilməsi və ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə 02.11.2017-ci il tarixdə məktəbimizdə valideynlər üçün “Açıq qapı günü” keçirildi. İctimai işlərdə məktəbə yaxından köməklik edən valideynlər məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif edildi. Günün sonunda akt zalında valideynlər üçün müəllimlərimiz tərəfindən Bağırova Aynurə, İsmayılova Samirə, Məmmədova Gülnar, Almuradova Ramilə “Məktəb-valideyn əməkdaşlığı”, “Kurikulum” və “Elektron resurslar” mövzularında seminar təşkil olundu.