"Ölkəmizi tanıyaq"

Dövlət başçımız : “Tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə getsinlər. Çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim üstünlüyümüzdür, böyük sərvətimizdir “-söyləmişdir. Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “ Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyasının bu mərhələsi Azərbaycanın qədim yurd yerlərindən olan Gəncə, Göygöl, Şəmkir rayonlarına təşkil olunmuşdur. Məktəbimizin 11 B sinif şagirdi Cabbarlı Fidan Rəhman qızı bu aksiyada fəal iştirak etmişdir. Şagirdlər Azərbaycan şairi N.Gəncəvinin türbə kompleksini , İmamzadə ziyarətgahını, Şah Abbas Məscidini, Çökək Hamamını, Uğurlu Xan karvansarayını, Cavad xan türbəsini ziyarət etmişlər.  Aksiyanın məqsədi şagirdlərə ölkəmizi yaxından tanıtmaq, sevdirmək və Azərbaycan haqqında ətraflı məlumatlandırmaqdır. Möhtəşəm abidələrin, zəngin muzeylərin görünüşü və tarixi şagirdlərdə böyük təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi