Mən sülhə səs verirəm milyonlardan biri tək
Məktəbimizin fəaliyyət planına uyğun olaraq uşaqların müdafiəsi, sülhə nail olmağın yolları, dövlətimizin sülhsevər siyasətini aşılamaq məqsədilə 01.06.2017- ci il tarixində 2 a sinif şagirdlərinin iştirakı ilə "Mən sülhə səs verirəm milyonlardan biri tək" adlı tədbir təşkil olundu. Tədbirdə çıxış edən şagirdlər uşaqların müdafiəsindən bəhs edən məlumatlar çatdırmış, bütün dünyada uşaq hüquqlarının qorunmasının vacibliyini qeyd etmiş , öz şeir, səhnəcik və musiqi nömrələri ilə məktəbin şagird və müəllim kollektivinə xoş anlar bəxş etmişlər.