1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü

Bu gün məktəbimizdə ibtidai siniflərin iştirakı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbirdə şagirdlər məktəbin həyətyanı sahəsində rəngarəng musiqilər, mahnılar ifa edib, birlikdə rəqs etdilər. Bütün şagirdlərə, valideynlərimizə, müəllimlərə, xalqımıza, dünyamıza əmin-amanlıq, sülh, xoş günlər nəsib olsun. Bayramınız mübarək əziz usaqlar!.