Mülki Müdafiə Günü

Məktəbimizin Mülki Müdafiə günü ilə bağlı 10”A” sinfində açıq dərs keçirildi. Dərsdə Fövqəladə Hallar zamanı təbiətdə texnogen xarakterli və terror hadisə zamanı baş verə biləcək hadisələrin qarşısının alınması ilə bağlı mövzu müzakirə olundu. Açıq dərsdə məktəbin direktoru Səbinə Əliyeva, direktor müavini Gülzadə Məmmədova, həmkarlar təşkilatının sədri Aygül Çobanova və hərbi rəhbər Şəhla Hüseynova iştirak etdilər. Şagirdlər Mülki Müdafiə tədbirləri, fövqəladə hallar zamanı görüləcək təxirəsalınmaz tədbirlər barədə qorunma yolları və s. haqqında məlumat verdilər. Onlar hazırladıqları slaydlar ilə Mülki Müdafiə barədə bildiklərini və öyrəndiklərini təqdim etdilər.