Xoş gəlmisən Novruzum

Baharın gəlişi, təbiətin oyanışı, yeni ümidlərin və xoşbəxtliyin rəmzi olan Novruz bayramı münasibətilə məktəbin ibtidai sinif müəllimi Samirə İsmayılovanın təşkilatçılığı ilə 3”A” sinif şagirdləri “Xoş gəlmisən Novruzum” adlı bayram tədbiri keçirdilər. Tədbirdə şagirdlər bayrama aid şeirlər səsləndirib, Novruzun qədim ənənələrini canlandırdılar. Yeni gün – Novruz hər kəs üçün uğurlu, sevgi dolu və firavan olsun!