Ana dilim - doğma dilim

Məktəbin Azərbaycan dili müəllimi Nərgiz Mahmudovanın təşkilatçılığı ilə 6”C” sinif şagirdləri “21 Fevral –Beynəlxalq Ana dili günü”nə həsr olunmuş “Ana dilim – doğma dilim” adlı tədbir keçirdilər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və bir-birini əvəzləyən kompozisiyalar, bədii qiraət nümunələri, səhnəciklər nümayiş olundu.