1 Mart - Mülki Müdafiə Günü

1 Mart Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar 24 nömrəli tam orta məktəbdə 8”C” sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Şagirdlər təbii fəlakətlər, onlardan qorunma üsulları barəsində məlumat verib, əlehiqaz və qaz balonlarından istifadə qaydasını nümayiş etdirdilər. Tədbirdə məktəbin direktoru Səbinə Əliyeva, mülki müdafiə üzrə qərargah rəisi Sevinc Orucova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülzadə Məmmədova və hərbi rəhbər Şəhla Hüseynova iştirak etdilər.