Yaşıl dünya
Şagirdlərin asudə vaxtının səmərəli təşkili işinə məktəbimiz həmişə önəm verib. Bu məqsədlə tətil günlərində “Yaşıl dünya naminə həmrəylik ili”nin Tədbirlər planına uyğun olaraq şagirdlərimiz bəzi tədbirlərə qatılıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq Milli Azərbaycan Tarixi Muzeyində “Yaşıl dünya” adlı interaktiv dərs və master-klass keçirilib. Dərsdə digər məktəblilərlə yanaşı Gənc turist dərnəyinin üzvləri olan 8”B” sinif şagirdləri Zahidə Məmmədzadə və Nuray Mənsimova da iştirak etdilər.