Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi

         Bu gün məktəbimizdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının Mehmandarov 86 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 24 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci il dönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, bildirdi ki, 21 noyabr 1992-ci il tarixində Naxçıvanda 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ümummilli Lider Heydər Əliyev ilk yeni yaradılacaq siyasi partiyanın rəhbəri təyin edildi. Azərbaycan tarixinin çətin və keşməkeşli anlarında yaranan bu partiya bu günə qədər böyük, şərəfli və uğurlu yol keçmişdir. 26 mart 2005-ci il tarixdə keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında Partiyanın yeni sədri –Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan partiyası ölkənin taleyində mühüm rol oynadı. Ölkə başçısı İlham Əliyev Ulu Öndərin yolunu layiqincə davam etdirmişdi. Buna bariz nümunə dünya tarixində misli görülməmiş qalibiyyətlə- 44 günlük müharibə ilə işğaldan azad edilmiş torpaqlar və bu torpaqlarda çox qısa müddətdə quruculuq işlərinin görülməsi oldu. Tədbirdə məktəbin sosial pedaqoqları  da Yeni Azərbaycan Partiyasının 32-ci ildönümü ilə bağlı çıxışlar etdilər. Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi