Təhlükəsizlik günü - maarifləndirici tədbir
Məktəbdə normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də təhlükəsiz mühitin yaradılmasıdır, Bu məqsədlə Bakı şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Bakir Məmmədov, Bakı Baş Polis İdarəsinin əməkdaşı polis polkovnik leytenantı Kəmalə Ələkbərova, Xətai rayon Polis İdarəsinin YYÇ inspektoru polis kapitanı Umud Umudov, məktəblinin dostu layihəsinin iki əməkdaşı məktəbdə şagirdlərlə profilaktik söhbətlər apardılar.
"Təhlükəsizlik günü" adı altında keçirilən maarifləndirici tədbir şagirdlərin marağına səbəb oldu. Nümayəndələr şagirdlərin verdikləri sualları ətraflı cavablandırdılar.