Metodbirləşmə iclası keçirildi
24 nömrəli tam orta məktəbin Fəaliyyət planına uyğun olaraq Fənn Metodbirləşmə sədrlərinin iclası keçirildi. Məktəbin təlim – tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova 2024- 2025-ci tədris ilində Metodbirləşmə sədrlərinə qarşıda duran işlər barədə məlumat verdi. Hər bir fənn üzrə fənn aylıqları müəyyənləşdirildi. Gənc müəllimlərə elmi- metodik tövsiyələrin verilməsi tapşırıldı.
İclasda 2024-2025- ci ilin Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi, buraxılış fənləri üzrə nəticələrin yüksəldilməsi, perspektiv planların hazırlanması, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur.