27 Sentyabr - Anım Günü ədəbi-bədii kompozisiya

      27 Sentyabr – Anım Günüdür

       Bu münasibətlə  məktəbin 7”A” sinif şagirdlərinin və  sinif rəhbəri Aygün Babayevanın rəhbərliyi ilə ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsi haqqında geniş məlumat verib, şeir və səhnəcik parcaları nümayiş etdirdilər. Tədbirdə Şəhid ailələrinin üzvləri  iştirak edirdi. Tədbirin sonunda məktəbin Tərbiyə işi üzrə təşkilatçısı Sevinc Nəsibova çıxış edərək şəhid ailələrinin üzvlərinə vaxt ayırıb tədbirdə iştirak etdikləri üçün məktəb kollektivi adından təşəkkür etdi.

27 Sentyabr – Anım Günündə bu tarixi zəfəri bizə yaşadan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq.

#27SentyabrAnımGünü

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi