Son zəng tədbiri keçirildi
14.06.2024-cü il tarixində məktəbimizdə “Son zəng” tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlandı. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbinə Əliyeva məzunları Son zəng münasibətilə təbrik etdi, addımlayacaqları həyatda uğurlar arzuladı və builki buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərə Fəxri Fərmanlar təqdim etdi. Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlal Qurbanov iştirak etdi.
Şagirdlərin hazırladıqları musiqili-bədii çıxışlar maraqlı və yaddaqalan olmaqla yanaşı tədbir iştirakçılarına xoş təəssürat bağışladı. Yolunuz açıq olsun, əziz məzunlar!