Fəxri fərman verildi
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda keçirilən maarifləndirmə tədbirində pedaqoji kollektivin səmərəli və uğurlu fəaliyyətinə, müəllim və şagird heyətinin iştirakının və fəallığının təmin edilməsinə, təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırdığına, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsinə, şagirdlərin təlim-tərbiyəsinin və hazırlıq səviyyələrinin yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə məktəbin direktoru Səbinə Əliyevaya Fəxri Fərman təqdim olunmuşdur.