Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır
10.05.2024-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Bu münasibətlə məktəbin Uşaq Birliyi Təşkilat rəhbəri Günay Əsgərova və musiqi müəllimi Aysel Şirinovanın rəhbərliyi ilə “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirdə məktəbin 5”A”,”B”,”C”,”Ç”,”D” sinif şagirdləri iştirak etdilər. Tədbir zamanı şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və keçdiyi siyasi yol haqqında məlumat verib, şeirlər söyləyib, mahnılar ifa etdilər.