Məktəbdə Peşəyönümlü fəaliyyətin təşkili üzrə maarifləndirici söhbət
Məktəbin fəaliyyət planına əsasən müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara malik mütəxəsislərin hazırlanması məqsədi ilə məktəbimizdə peşəyönümlü işin təşkili üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əməkdaşları məktəbin IX – XI sinif şagirdlərinin iştirakı ilə peşəyönümü sahəsində maarifləndirici söhbət apardılar.