Mülki Müdafiə Günü
03.04.2024-cü il tarixdə 24 nömrəli tam orta məktəbin Mülki Müdafiə üzrə tədbirlər planına əsasən “Mülki Müdafiə Günü” tədbiri keçirildi. Məktəbin Mülki Müdafiə üzrə Qərargah rəisi Sevinc Orucova və Şəhla Hüseynovanın təşkilatçılığı ilə təşkil olunan tədbirdə
1.Fövqəladə Hallar Nazirliyinin Baş Regional Mərkəzinin rəis müavini Vüsal Məmmədzadə.
2.Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki müdafiə şöbəsinin rəisi baş leytenant Elturan Fərzəliyev.
3.Xətai rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov.
4.Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Xətai rayon İdarəsinin zabiti Rəşad Əliyev.
5.Fövqəladə Hallar Nazirliyinin Baş Regional Mərkəzinin Maarifləndirmə Sektorunun müdiri Selvina Qurbanova.
6.Xətai rayon Bələdiyyəsinin Sədr müavini Nərminə Hacıyeva.
7.Təcili və Təxirəsalınmaz Tibb Mərkəzinin nümayəndələri.
8.Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları iştirak etdi.
Tədbirin sonunda praktik hissə şagirdlərin təxliyyə edilməsi, ocağın söndürülməsi və ilk tibbi yardım baş tutdu.