Zərərli vərdişlərə yox deyək
Bu gün məktəbin həkimi İlhamə Rüstəmbəyli, tibb bacısı Ülviyyə Yaman və məktəbin psixoloqu Pərvanə Feyzullayevanın rəhbərliyi ilə VIII-IX sinif şagirdləri ilə “Yeniyetmə dövründə tütündən istifadəetmə” mövzusunda maarifləndirici söhbət edildi. Söhbət zamanı tütün tüstüsünün zərəli təsirlərindən uzaq olmağın ən yaxşı yolunun tütün çəkməyə başlamamaq olduğu vurğulandı. Siqaretin insan orqanizmində yaratdığı xəstəliklərdən danışıldı.