Pedaqoji Şura iclası keçirildi
Bu gün məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Səbinə Əliyeva, direktor müavinləri və müəllimlər iştirak etdilər. Pedaqoji Şura iclası məktəbin direktoru Səbinə Əliyevanın çıxışı ilə başladı. İclasda buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat, və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. İclasda direktor müavinlərinin hesabatları dinlənildi. Sonda fəal müəllimlərə Təşəkkürnamələr təqdim olundu.