1 mart-Umumdünya Mülki Müdafiə Günü
Martın 1-də məktəbin illik “Fəaliyyət planına” əsasən şagirdlərdə fövqaladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırması məqsədilə 1 mart-Umumdünya Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib. Tədbir zamanı məktəbin Mülki Müdafiə üzrə qərargah rəisi Sevinc Orucova, hərbi rəhbəri Şəhla Hüseynova şagirdlərlə yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi haqqında söhbət apardı. Şagirdlərlə ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirici söhbətlər apardı. Tədbirdə Xətai rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi baş leytenant Elturan Fərzəliyev iştirak etdi.