Təhsili dəyərə çevirək
“Təhsili dəyərə çevirək” devizi altında 2016 / 2017 ci tədris ilinin fevral ayı “Mədəniyyət və incəsənət, Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında məktəbimizdə silsilə tədbirlər keçirilir. Tədbirlərdən biri də işğal olunmuş tarixi torpaqlarımızın yüksək mədəniyyətini şagirdlərimizə çatdırmaq məqsədi ilə 17.02.2017 ci il tarixdə müəllim və şagird kollektivimiz Şuşa rayon İcra Hakimiyyətinin qonağı oldu. Orada Şuşa haqqında qısa film göstərildi, şagirdlər Şuşa haqqında biliklərini nümayiş etdirdilər. Bu kimi tədbirin gələcək nəsil üçün böyük əhəmiyyəti var. İnşallah, bu tədbiri Şuşa şəhərində gerçəkləşdirək.