20 Yanvar Ümumxalq Hüzn Günü
20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən bu gün məktəbimizdə şəhidlərin xatirəsi hörmətlə yad olunaraq 9”Ç” sinfinin rəhbəri Günel Mirmehdizadənin təşkilatçılığı ilə dəyirmi masa təşkil olundu. Dəyirmi masa dövlət himninin oxunması ilə başladı. 20 Yanvar şəhidləri və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra qanlı gecəni əks etdirən videotəqdimata baxildi. Xalqımızı azadlıq zirvəsinə, istiqlala aparan yolun ilk qurucuları olan 20 Yanvar şəhidlərinin əziz xatirəsini qürurla, ehtiramla anırıq. Allah şəhidlərimizə rəhmət etsin!.