Monitorinq keçirildi
29.12.2023-cü il tarixində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tapşırığı ilə VI siniflərdə Təbiət, VII siniflərdə Azərbaycan tarixi fənlərinin tədrisi keyfiyyətinin ölçülməsi məqsədilə mərkəzləşdirilmiş qaydada monitorinq keçirildi. Monitorinq materialları Azərbaycan və rus bölmələri üzrə 2 variantda hazırlanmışdır. Tapşırığa əsasən monitorinq 45 dəqiqə davam etdi.