Reproduktiv sağlamlıq
Məktəbin psixoloqları tərəfindən VIII siniflər üzrə qızlar və oğlanlarla ayrı-ayrılıqda “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici seminar təşkil olundu. Seminarda yeniyetməlik dövründə insan orqanizmində baş verən hormonal dəyişikliklərdən həmçinin bu yaş dövründə üzə çıxan psixoloji və emosional vəziyyətlərdən söhbət edildi. Seminarın sonunda şagirdlər arası qarşılıqlı münasibətlərin aşkarlanması yönümündə “Mən və mənim əhatəm”, “Mən kiməm” məşğələsi aparıldı.