Şagirdlərin peşə meyllərinin müəyyən edilməsi
Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur.
Şagirdlərin peşə meyllərinin müəyyən edilməsi və karyera yönümlü işin təşkili məqsədi ilə 21.11.2023-cü il tarixində məktəbimizdə IX sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir təşkil olundu.