Zəfər bizimdir
44 günlük Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini, torpaqlarını düşmən tapdağından azad edərək, Zəfər Gününü təsis etdi. Bu zəfər ölkəmizdə xüsusi təntənə ilə qeyd olunduğu kimi məktəbimizdə də təşkil olundu. Zəfər bayramı münasibətilə təşkil olunan “Zəfər bizimdir” adlı tədbirdə torpaqlarımızı düşmən tapdağından azad edərkən şəhid olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə səhid anası, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Məhəmməd İbrahimov, müharibə iştirakçıları və müəllim kollektivi iştirak edirdilər. Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda seirlər səsləndirilib, mahnılar ifa olundu.