Olimpiadaların məktəb mərhələsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 16.10.2023-cü il tarixli elektron məktubunu əsas götürərək, 04. 11.2023-cü il tarixində məktəbimizdə Respublika fənn olimpiadalarının, fənn müsabiqələrinin, riyaziyyat-məntiq olimpiadasının məktəb mərhələsi keçirilmişdir. Respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.