18 Oktyabr - Müstəqilliyin Bərpası günü
18 oktyabr Müstəqilliyin Bərpası günü – Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sesiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Məktəbin kitabxanasında kitabxana müdürü Vüsalə Əliyeva şagirdlərlə bu günkü günlə əlaqədar dəyirmi masa keçirdi. Şagirdlər doğma Azərbaycanımızın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsini müzakirə etdilər və divar qəzetləri hazırladılar.