27 sentyabr Anım Günü
27 sentyabr Anım Günü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən 27.09.2023-cü il tarixində məktəbdə Hərbi rəhbər Şəhla Hüseynovanın təşkilatçılığı ilə Anım günü ilə əlaqədar tədbir keçirildi.
Öncə Vətən uğrunda canlarindan keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndi. Sonra şagirdlər müəllimlərin rəhbərliyi ilə məktəbin yaxınlığında yerləşən Vətən müharibəsi şəhidlərinin abidəsini ziyarət etdilər.