Uğrunda ölən varsa Vətəndir
Bu il xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 19.01.2017 ci il tarixdə məktəbimizdə 20 Yanvar hadisələrinə həsr olunmuş ədəbi - bədii kompozisiya təşkil edildi. Tədbirdə şagirdlərimiz qəhrəmanlarımıza və şəhidlərimizə aid şeirlər, səhnəciklər nümayiş etdirdilər, Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi yazılan Yanvar hadisələri mövzusunda söhbətlər apardılar.