Dəyirmi masa
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən məktəbin müəllimi Ramilə Almuradovanın rəhbərliyi ilə 7d sinif şagirdləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil etdilər. Dəyirmi masada şagirdlər Ulu Öndərin həyat və yaradıcılığından geniş məlumat verib, slaydlar nümayiş etdirdilər.