Dəyərlərimizi qoruyaq! layihəsi - Dəyirmi masa

 Novruz bayramına həsr olunmuş “Dəyərlərimizi qoruyaq!” layihəsinin icrası ilə bağlı tədbirlər planına əsasən məktəbimizin  kitabxanasında kitabxana müdiri Vüsalə Əliyeva təbiətin oyanması, baharın gəlməsi ilə bağlı olan el-obamızın milli bayramlarından biri olan Novruz bayramı haqqında dəyirmi masa təşkil etdi. Vüsalə xanım dəyirmi masada şagirdlərə xalqımızın adət-ənənəsindən, Novruz bayramının özəlliklərindən danışıb, bu bayramın bizə dədə-babalarımızdan qaldığını, xoş ab-hava verdiyini, təbiətin oyanması ilə yanaşı insanlarda da gözəl münasibətlərin yarandığını bildirmişdir. Novruz bayramının ən gözəl adətindən biri də küsülülərin barışmasının olduğunu vurğulamışdır. Sonda şagirdlər də öz fikirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi